Şikayətçi bildirir ki, martın 10-da gecə saatlarında yoldaşının adına olan 99-EH-222 dövlət nömrə nişanlı Hundai "Azero" markalı maşını “Shacman” markalı yük avtomobili tərəfindən arxadan vurulub. “Bu zaman avtomobilimə 530 manat məbləğində ziyan dəyib. Qeyd edim ki avtomobil “ATA” sığorta şirkəti tərəfindən sığortalanıb. Hadisə baş verən zaman anda sığorta şirkətinin əməkdaşları əlaqə saxladım. Onlar maşının şəkillərini çəkdilər. Martın 11-də onların tapşırığına əsasən şirkətdə oldum. Maşınıma dəymiş zərəri hesabladılar. Şirkətə məxsus avtoservisdə də dəyən ziyanın 530 manat olduğu rəsmi şəkildə təsdiqlənib. Onlar 7 iş günü müddətində məbləği ödəyəcəklərini bildirdilər.
Bundan sonra dəfələrlə şirkətə pulun ödənilməsi üçün müraciət etmişik. Amma müxtəlif bəhanələrlə vaxtı uzadıblar. Mən təklif etdim ki, maşınla bağlı işim çox olduğuna görə pulu özüm ödəyib maşını təmir etdirə bilərəm, siz də mənə nəğd şəkildə qaytararsınız. Şirkət bu təkliflə razılaşdı. Maşınımı təmir etdirdim. Bir müddət keçsə də, pulumu qaytarmadılar.
Aprelin 3-də yenidən şirkətə getdim. Bu dəfə mənə dedilər ki sənə 530 manat yox, 179 manat ödəyəcəyik. Səbəbini soruşduqda isə məbləğin 200 dollarını firanşiza tutulacağını, qalan məbləği isə yarıya bölərək verəcəklərini qeyd etdilər. Belə olan halda mən şirkətlə bağlanan müqaviləni onlara göstərdim. Orada avtomobilin dəyəri 31 min $ yazıldığını və bunun üçün 2154 $ dolları ödədiyimi bildirdim. Qeyd etdim ki, belə olan halda niyə dəymiş ziyanın 3/1 hissəsini ödəyirsiniz. Əməkdaşlar dedilər ki, biz heç kimik, rəhbərlikdən soruşun, onlar bizə belə təlimat veriblər. Məsələni araşdırmaq üçün dəfələrlə rəhbərliyə müraciət etsək də, onlarla görüşmək qeyri-mümkün olub”.
Son xəbərlər
Son Xəbərlər