“Atəşgah” Sığorta ABŞ-də “İnnovasiya və Təlim Proqramı”nda - Fotolar

atesgah-sigorta-abs-de-innovasiya-ve-telim-proqraminda
Oxunma sayı: 313

Azərbaycan sığorta sektorunu təmsil edən nümayəndə heyəti ABŞ-də təşkil olunan “İnnovasiya və Təlim Proqramı”nda uğurla iştirak edib. Yerli sığorta şirkətlərinin rəhbərlərindən ibarət heyətin tərkibində “Atəşgah" Sığorta Şirkəti ASC-nin Direktorlar Şurasının sədri Azər Əliyev də yer alıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə həyata keçirilən səfər çərçivəsində yerli nümayəndə heyəti Stanford Universitetində keçirilən xüsusi təlim proqramına qatılıb. İştirakçılar təlimlərlə yanaşı universitetin innovasiya ekosistemi ilə yaxından tanış olublar.

Proqram çərçivəsində nümayəndə heyəti “Google”, “Meta” va “Apple” kimi nüfuzlu beynəlxalq şirkətlərəsəfər edib, bu qurumların innovasiya yanaşmaları vətexnoloji inkişaf istiqamətləri barədə geniş məlumat əldə ediblər.

Nümayəndə heyəti həmçinin, proqram təminatının inkişafında çevik idarəetmə yanașmalarına həsr olunmuş “SCRUM” texnologiyası üzrə təlimdə də iştirak edib.

Təlim çərçivəsində sığorta sektorunda proqram təminatının daha çevik və effektiv şəkildə hazırlanması imkanları müzakirə olunub. Səfər zamanı innovativ startap şirkətlərlə də görüşlər keçirilib. Bu çərçivədə “Stack Al” və “Further Al” şirkətlərində təşkil olunan görüşlərdə süni intellektin sığorta sahəsində tətbiqi, xüsusilə risklərin qiymətləndirilməsi, müştəri xidmətləri və avtomatlaşdırma istiqamətləri üzrə təqdimatlar dinlənilib və müzakirlər aparılıb.