“Atəşgah” Sığortadan KASKO üzrə növbəti ödəniş

atesgah-sigortadan-kasko-uzre-novbeti-odenis
Oxunma sayı: 402

Sığorta sektorunda 30 illik uğurlu fəaliyyət tarixçəsinə sahib “Atəşgah” Sığorta Şirkəti ASC müştəri məmnuniyyəti və şəffaflıq prinsiplərinə sadiqliyini davam etdirərək, KASKO sığortası üzrə növbəti sığorta ödənişini həyata keçirib.

“Qafqazinfo” xəbər verir ki, Goranboy rayonunda KASKO sığortası üzrə sığortalanmış “TOYOTA Avalon” markalı minik avtomobilinin yük avtomobili ilə toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə sığortalanmış avtomobilə maddi zərər dəyib.

Hadisə ilə əlaqədar avtomobilə dəymiş zərərin məbləği “Atəşgah” Sığorta Şirkətinin Texniki Ekspertiza şöbəsi tərəfindən qiymətləndirilmiş və aparılıb qiymətləndirmənin nəticələrinə əsasən, sığortalıya 21 620 manat məbləğində sığorta ödənişi edilib.