ATƏT-in Bakı ofisi müxalifətçilərin həbsindən narahatdır

atet-in-baki-ofisi-muxalifetcilerin-hebsinden-narahatdir
Oxunma sayı: 639

Səfirin “Yeni Müsavat” qəzetinə verdiyi açıqlamanı olduğu kimi təqdim edirik: “ATƏT-in Bakı ofisi siyasi fəallar Arif Hacılı, Tural Abbaslı, Məhəmməd Məcidli və Fuad Qəhrəmanlının 2 aprel nümayişində iştirakları ilə əlaqədar məhkum olunmasından narahatlıq ifadə edir. Anladığımız qədər məhkum edilmiş siyasi fəallar birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verəcək. Bununla əlaqədar ümid edirik ki, Apelyasiya Məhkəməsi bu məsələyə Azərbaycan konstitusiyası və ittiham olunan şəxslərin hüquqları, xüsusilə də effektiv hüquqi təmsilçiliyə dair ATƏT öhdəliklərinə tam uyğun olaraq baxacaq. ATƏT-in Bakı ofisi inanır ki, Azərbaycan xalqı ifadə və dinc toplaşmaq azadlıqları da daxil olmaqla fundamental hüquq və azadlıqlardan tam faydalanmağa layiqdir”.