Hazırda Azərbaycan Kubokunun yarımfinal mərhələsində əsas qarşılaşması davam edir.
“Qafqazinfo” xəbər verir ki, “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Sabah”la qarşılaşır.
Maraqla gözlənilən qarşılaşmanı stadiondan 12-13 mindən çox insan izləyir.
Qeyd edək ki, Azərbaycan çempionatında stadionun belə dolu olması öyrəşilən hal deyil.
Bu cür anşlaq görüntüləri adətən Avrokuboklarda müşahidə edilirdi.
***
Rəsmi məlumata görə, hazırda stadionda 21 min azarkeş var.

Son xəbərlər
Son Xəbərlər