“Avroviziya 2026”nın aparıcıları onlar olacaq - Fotolar

avroviziya-2026nin-aparicilari-onlar-olacaq
Oxunma sayı: 512

“Avroviziya 2026” müsabiqəsinin aparıcılarının adları açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Avroviziya”nın rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, bu il keçiriləcək 70-ci “Avroviziya” Mahnı Müsabiqəsinə aparıcılığı Viktoriya Svarovski və Maykl Ostrovski edəcək.

Əslən Avstriyadan olan V.Svarovski televiziya aparıcısı, model, dizayner və müğənnidir.

Avstriyanın Leoben şəhərindən olan M.Ostrovski kino və televiziya aktyoru olmaqla yanaşı, məşhur aparıcıdır.

Onlar 70-ci “Avroviziya” Mahnı Müsabiqəsi çərçivəsində bu il mayın 12, 14, 16-da dünyanı Vyanadan salamlayacaqlar.

Qeyd edək ki, bu il yarışmada 35 ölkə iştirak edəcək. Müsabiqənin yarımfinalları 12 may və 14 may, böyük final isə 16 may - şənbə günü Avstriyanın ən böyük qapalı arenası olan “Wiener Stadthalle”də keçiriləcək. Azərbaycan “Avroviziya 2026” mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsində çıxış edəcək. Azərbaycanı təmsil edəcək ifaçı və mahnının seçimi davam edir.