Avtomobil hasara çırpıldı - Ölən və yaralanan var

avtomobil-hasara-cirpildi
Oxunma sayı: 3536

Qazax rayonunun Dəmirçilər kəndində avtomobil qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, minik avtomobili idarəetmədən çıxaraq daş hasara çırpılıb.

Hadisə nəticəsində 24 yaşlı Nicat Alıyev həlak olub. 

29 yaşlı Mustafa Vələdov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev