Avtomobil kanala aşdı - Sabiq baş həkim öldü+Fotolar

avtomobil-kanala-asdi
Oxunma sayı: 2650

Salyan rayonunda ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Qırmızıkənd kəndində qeydə alınıb.

Belə ki, Salyan sakini 73 yaşlı Yaşar Kərimov idarə etdiyi minik avtomobilini yaşadığı evin yaxınlığında olan kanala aşırıb.

O, hadisə yerində həyatını itirib.

Qeyd edək ki, ölən şəxs əvvəllər Salyan rayonlararası Psixiatriya xəstəxanasının baş həkimi vəzifəsində çalışıb.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov