Avtomobilin sahibi bəlli oldu

avtomobilin-sahibi-belli-oldu
Oxunma sayı: 6284

Hər zaman müştərilərini maraqlı kampaniyalarla sevindirən “Bank of Baku” “Belə lotereya yoxdur” adlı nağd lotereyanın qaliblərinə hədiyyələrini təhvil verdi.

Lotereyanın qalibləri “Xəzər TV”nin canlı yayınında lototron vasitəsilə təsadüfi seçim nəticəsində təyin olunmuşdu.

Belə ki, 02-31 oktyabr tarixlərində keçirilən lotereyada “Bank of Baku”dan 50.000 AZN-dək krediti min. 11.5 %-lə əldə edən, “Bolkart” kredit kartı alan və digər şərtlərə cavab verən hər bir müştəri iştirak haqqı əldə etmişdi. Nəticədə lotereyada qalib olan 1 nəfər “Bank of Baku”dan “Hyundai Elantra” avtomobili, 5 nəfər “iPhone 14 Plus”, 10 nəfər “Apple Watch Series  8”, 20 nəfər isə 500 AZN qazanmışdır.

21 noyabr 2023-cü il tarixində isə bank şanslı qaliblərə hədiyyələrini keçirdiyi görüş tədbirində təqdim etdi. Lotereyanın əsas mükafatı - “Hyundai Elantra” avtomobilinin qalibi Xatirə Rzayevaya avtomobilin açarları təqdim olundu. Öz çıxışında, Bank of Baku-dan sərfəli şərtlərlə kredit əldə etdiyini bildirən Xatirə xanım, bank və rəhbərliyinə təşəkkürünü bildirdi.

Qeyd edək ki, hazırda da Bank of Baku-dan 50.000 AZN-dək nağd pul kreditini 0% komissiya ilə, yəni komissiyasız əldə etmək mümkündür.

Hal-hazırda “Bank of Baku” paytaxt Bakı və regionlarda ümumilikdə 20 filialı ilə 1 milyondan çox vətəndaşa xidmət göstərir.

Bank məhsulları haqqında daha ətraflı məlumatla bankın 145 Məlumat Mərkəzinə zəng edərək və ya bankın rəsmi veb səhifəsinə - www.bankofbaku.com və ya rəsmi Facebook səhifəsinə - www.facebook.com/bankofbaku  daxil olaraq tanış olmaq olar.

Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.bankofbaku.com

www.facebook.com/Bankofbaku