Dələduzluqda təqsirli bilinərək dövlətlərarası axtarışa verilmiş Tacikistan vətəndaşı Mukhammadnido Nazarmukhammadzodanın verilməsinə dair həmin ölkənin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Baş Prokurorluğu tərəfindən təmin edilib.
“Qafqazinfo” xəbər verir ki, Mukhammadnido Nazarmukhammadzoda 2025-ci ildə ölkəmizdə müəyyən edilərək həbs olunub.
“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən, təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilib. O, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Tacikistanın səlahiyyətli orqanlarına təhvil verilib.
Son xəbərlər
Son Xəbərlər