Ayrıldıqları deyilirdi, birgə görüntüləndilər - Fotolar

ayrildiqlari-deyilirdi-birge-goruntulendiler
Oxunma sayı: 1709

Münasibətlərinin bitdiyi barədə yayılan şayiələrlə gündəmə gələn ispan aktrisa və model Ester Eksposito ilə ulduz futbolçu Kilian Mbappe Madriddə birlikdə görüntüləniblər.

“Qafqazinfo” xəbər verir ki, İspaniyanın paytaxtı Madrid küçələrində çəkilən görüntülər cütlüyün ayrıldığı iddialarını şübhə altına alıb.

Gün ərzində birlikdə vaxt keçirən ikili şəhərin məşhur alış-veriş məkanlarını gəzib, daha sonra isə şam yeməyinə yollanıblar.

Şahidlərin sözlərinə görə, cütlük olduqca şən əhval-ruhiyyədə olub və mağazalardan çıxarkən fanatların diqqətini cəlb edib.

Son günlərdə onların münasibətlərinin bitdiyi ilə bağlı xəbərlər yayılırdı.

Hər iki tərəf məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməsə də, bu görüş ayrılıq iddialarına faktiki olaraq son qoyan addım kimi qiymətləndirilir.