Azər Bağırov “Kəpəz”dən getdi

azer-bagirov-kepezden-getdi
Oxunma sayı: 339

“Kəpəz”lə müqaviləsi başa çatan baş məşqçi Azər Bağırov komandadan ayrılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Müqavilə müddəti başa çatan baş məşqçimiz Azər Bağırovla yeni anlaşma əldə olunmayıb. Mütəxəssisə gələcək fəaliyyətində uğurlar arzulayırıq. Azər Bağırova klubumuzda çalışdığı müddətdə göstərdiyi əməyə və komandanın inkişafına verdiyi töhfəyə görə təşəkkür edirik”, - məlumatda deyilir.