Azərbaycan “Avroviziya”da bu tarixdə çıxış edəcək

azerbaycan-avroviziyada-bu-tarixde-cixis-edecek
Oxunma sayı: 2472

 “Avroviziya 2023” mahnı müsabiqəsinin yarımfinalının püşkatma mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, püşkatma rəsmi “Eurovision YouTube” kanalında və Böyük Britaniyada “BBC TWO” və BBC yayım xidməti “iPlayer”də yayımlanıb.

Nəticələrə əsasən, ölkəmiz mayın 9-da birinci yarımfinalın ikinci hissəsində çıxış edəcək.

Azərbaycan birinci yarımfinalda Xorvatiya, İrlandiya, Latviya, Malta, Norveç, Portuqaliya, Serbiya, Çexiya, Finlandiya, İsrail, Moldova, Niderland, İsveç, İsveçrə ilə yarışacaq.

Müsabiqənin ikinci finalı mayın 11-də, finalı isə mayın 13-də keçiriləcək.

Qeyd edək ki, müsabiqədə ötən il Ukrayna qazansa da, ölkədəki müharibə səbəbindən Britaniyada keçirilməsinə qərar verilib.