“Anlamaq vacibdir ki, sülh prosesinin bu kritik mərhələsində yekun razılaşmadan çox da uzaq deyilik, lakin Ermənistanın səmimi yanaşması mütləqdir”.
“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “The Guardian”a açıqlamasında deyib.
“Ermənistan Azərbaycanla sülh sazişinin imzalanmasının bütün faydalarını tam dərk etməli, eləcə də sülh prosesini pozmağa və ölkəmizlə hərbi qarşıdurmaya qayıtmağa yönəlmiş bütün zərərli illüziyalardan və hiylələrdən imtina etməlidir.
Sərhədlərin delimitasiyası isə mürəkkəbdir və zaman tələb etdiyi üçün sonrakı mərhələdə həll oluna bilər.
Naxçıvan arasında nəqliyyat əlaqələrinin təmin edilməsinə gəlincə, Bakı bu məsələni təkcə Çini Avropa ilə birləşdirən Orta Dəhliz üçün alternativ marşrutun yaradılması kontekstində deyil, həm də öz milli təhlükəsizliyinin təmin edilməsinin mühüm elementi kimi dəyərləndirir.
Əgər Ermənistan Zəngəzur dəhlizinin yaradılmasındakı faydanı başa düşmürsə, hələ də Azərbaycanın ona qarşı guya təcavüz etməsi barədə absurd fikirlər yaymaqda davam edirsə, Bakı üç il aydın cavab gözlədikdən sonra daha çox vaxt itirmək fikrində deyil.
Azərbaycan artıq konkret fəaliyyətə keçib və qonşu İran ərazisindən yuxarıda qeyd olunan nəqliyyat əlaqələrinin yaradılmasına üstünlük verməklə “B planı”nı həyata keçirməyə başlayıb” , - Elçin Əmirbəyov bildirib.
Son xəbərlər
Son Xəbərlər