Azərbaycan bayrağı dünyanın ən hündür tikilisində

azerbaycan-bayragi-dunyanin-en-hundur-tikilisinde
Oxunma sayı: 9023

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki “Bürc-Xəlifə” qülləsində Azərbaycanın Dövlət Bayrağı əks olunub.

“Qafqazinfo” xəbər verir ki, dünyanın ən hündür tikilisi - Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki “Bürc-Xəlifə” qülləsi 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan Dövlət Bayrağının rənglərinə bürünüb.

Artıq altı ildir ki, ənənə halını alan bu möhtəşəm hadisə bu il də dünyanın ən hündür binasında təkrarlanıb.

Bayrağımızın bu məşhur qüllənin üzərində əks olunması ölkəmizin Birləşmiş Ərəb Əmirliklərindəki diplomatik missiyalarının təşəbbüsü və təşkilatçılığı ilə reallaşıb.