Azərbaycan Basketbol Liqasında 4-cü tur başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, turun son oyun günündə 2 qarşılaşma oynanılıb.
Əvvəlcə Şəkidə şəhərin eyniadlı komandası “Cəlilabad”ı qəbul edib.
Qarşılaşma qonaqların 97:61 hesablı qələbəsi ilə bitib.
İkinci matçda isə “Sabah”la “Sərhədçi” üz-üzə gəlib. “Sabah” bu oyunda 112:89 hesablı qələbəyə sevinib.