Azərbaycan-Ermənistan münasibətlərini müzakirə etdilər

azerbaycan-ermenistan-munasibetlerini-muzakire-etdiler
Oxunma sayı: 1315

Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin Ankarada türkiyəli həmkarı Burak Akçapar ilə Ukraynadakı münaqişənin diplomatik həlli və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması mövzularında məsləhətləşmələr aparıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qeyd olunub ki, diplomatlar Ukraynadakı münaqişəni və onun həlli perspektivlərini müzakirə ediblər.

Tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin və bu məsələnin ilk növbədə regional formatlar çərçivəsində həllinin vacibliyini vurğulayıblar.