Azərbaycan Respublikası Xüsusi Tibb Xidməti ianə etdi

azerbaycan-respublikasi-xususi-tibb-xidmeti-iane-etdi
Oxunma sayı: 3875

Azərbaycan Respublikası Xüsusi Tibb Xidmətinin əməkdaşları torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən əks-hücum əməliyyatlarına dəstək və vətəndaşlıq borcunu yerinə yetirmək məqsədilə bir aylıq əməkhaqqı məbləğində vəsaiti Silahlı Qüvvələrə Yardım Fonduna köçürüb.

“Qafqazinfo” xəbər verir ki, 2002-ci ildən yaradılan Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fondu Silahlı Qüvvələrimizin inkişafı və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi üzrə formalaşıb.