Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri İsveçrədə görüşə bilər

azerbaycan-ve-ermenistan-parlamentlerinin-sedrleri-isvecrede-goruse-biler
Oxunma sayı: 1065

Azərbaycan və Ermənistan parlamentlərinin spikerləri Sahibə Qafarova ilə Alen Simonyan arasında mart ayında İsveçrədə görüş keçirilə bilər.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Alen Simonyanın ofisindən müvafiq sorğuya cavab olaraq bildirilib.

Görüşün martın 23-dən 27-nə qədər keçirilə biləcəyi iddia olunur. Bununla belə, konkret təkliflərin daxil olmadığı vurğulanıb. 

Qeyd edək ki, bir müddət əvvəl Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq ittifaqın martda keçiriləcək növbəti assambleyası çərçivəsində Ermənistan və Azərbaycan parlamentlərinin spikerlərinin görüşünün keçirilə biləcəyini açıqlamışdı.