Azərbaycana uçuşlar təxirə salındı - - “Domodedova”da yanğın

azerbaycana-ucuslar-texire-salindi-
Oxunma sayı: 1687

 

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi yanğının anbar bölməsində, 15 kvadrat metrlik ərazidə  baş verdiyini açıqlayıb. Yanğın elektrik kabellərindəki qısa qapanmadan baş verib. Lakin tüstü ventilyasiya sisteminə daxil olduğu üçün bütün terminal binasında güclü tüstü müşahidə edilib. Bununla əlaqədar, sərnişin və hava limanı işçiləri də daxil olmaqla 3000 şəxs evakuasiya olunub. 

Hazırda 50 reysin uçuş və enişi təxirə düşüb. Qeyd edək ki, baş verən fövqəladə durumla bağlı Moldoviya, Çernoqoriya, Ukrayna və Azərbaycana beynəlxalq uçuşlar da təxirə salınıb.

“Qafqazinfo”