Azərbaycanda banklardan depozit- - Soyğunçuluğu

azerbaycanda-banklardan-depozit-
Oxunma sayı: 3704


İqtisadçı ekspert Məhəmməd Talıblı banklarda əmanətləri olan vətəndaşların gəlirlərindən 10 faizi həddində vergi tutulduğunu bəyan edib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkədə yazan ekspert bildirib ki,  bu əməliyyat müqavilə şərtlərinə uyğun olmadan və müştərilərin öncədən xəbardar etmədən aparılıb. M. Talıblı bu halla bağlı təklifini irəli sürərək qeyd edib ki,  müştərilər özlərinin əmanətlərini banka yerləşdirəndə onlarla müqavilə şərtləri necə bağlanıbsa, əmanətləri müqabilində də həmin faiz həddində gəlirləri olmalıdır:” Bir anlığa əksini təsəvvür edin. Əmanətlərdən gəliriniz müqabilində 10 faizlik vergi tutulacağını bildiyiniz halda, ilin sonunda banklar(vergi orqanları) bundan imtina edir. Təsəvvür edə bildinizmi? Eyni situasiyadır. Amma indi bu “xeyirxahlığı” siz etmirsiz, sizə edirlər.

1.Bu hüquqi tənzimləmə deyil, açıq-aydın istismar və kobud qanun pozuntusudur. Banklar bu addımı ilə qanunsuzluq edirlər. Çünki yanvarın 1-dən uzaqbaşı ediləcək dəyişiklik sonrakı dövrə şamil edilərək qüvvəyə minə bilərdi. Çünki, hüquqi məntiq tələb edir ki, qanunvericilikdə baş verən dəyişiklərin geriyə qüvvəsi yoxdur. Yəni, dəyişiklik keçmişə şamil oluna bilməz.

2. Banklar bu qanunsuzluğu özlərinə rəva görə bilirlərsə, demək müştərilərin hüquqlarının pozulması istiqamətində bundan da böyük hüquqa zidd davranış nümayiş etdirə bilərlər. Ona görə də, belə bank institutlarına əmanətinizi etibar etməyi də məsləhət bilməzdim. O banklar ki, 8-10 faizə əmanətləri qəbul edib, həmin aktivləri 26-34 faizlə yenidən digər vətəndaşlarımıza satır, bu  normal bank fəaliyyəti deyil, soyğunçuluqdur. Özünüzü kreditorların istismarından qoruyun!”.

Günel