Cəlilabadda Vətən müharibəsi şəhidi Tofiq Əmirlinin atası Şəmsəddin Əmirli vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə paylaşım ediblər.
Onun coğrafiya müəllimi işlədiyi, uzunsürən xəstəlikdən dünyasını dəyişdiyi bildirilir.
Qeyd edək ki, şəhid Tofiq Əmirli Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkat Dəstəsində xidmət edib. Ölümündən sonra “Vətən uğrunda”, “Vətənə xidmətə görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
Fotoda şəhid Tofiq Əmirli:

Son xəbərlər
Son Xəbərlər