Azərbaycanda elektrik enerjisinin verilişi bərpa olunur - Rəsmi

azerbaycanda-elektrik-enerjisinin-verilisi-berpa-olunur
Oxunma sayı: 6276

“Ötən gün ölkənin elektrik enerjisi sistemində baş vermiş qəzanın nəticələri aradan qaldırılsa da, onun fəsadı səbəbindən axşam saatlarında bəzi yerlərdə elektrik enerjisi məhdudiyyətlə verilir”.
 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Energetika Nazirliyi və “Azərenerji” ASC-nin birgə yaydığı operativ məlumatda qeyd olunub.
 
“Həyati vacib əhəmiyyətli obyektlər elektrik enerjisi ilə artıq təmin edilib. Hazırda vəziyyət nəzarət altındadır və elektrik enerjisinin verilişi bərpa olunur. Problemin tam həlli üçün  zəruri tədbirlər  davam etdirilir”, - deyə bildirilib.