“AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayevlə Çinin “Universal Energy” şirkətinin baş icraçı direktoru Yi Nan arasında görüş keçirilib.
“Qafqazinfo” xəbər verir ki, görüş zamanı bərpa olunan enerji sahəsində əməkdaşlıq, Çin enerji şirkətlərinin Azərbaycandakı fəaliyyəti, eləcə də əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.
Tərəflər enerji sektorunda qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi apararaq, əməkdaşlığın genişləndirilməsi istiqamətində imkanları nəzərdən keçiriblər.

Son xəbərlər
Son Xəbərlər