Azərbaycanda hakim koronavirusdan dünyasını dəyişdi

azerbaycanda-hakim-koronavirusdan-dunyasini-deyisdi
Oxunma sayı: 12748

Bakı Apelyasiya Məhkəməsinin hakimi koronavirusdan ölüb.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, 55 yaşlı Məmmədov Namiq Eyyub oğlu müalicə aldığı Astara Mərkəzi Xəstəxanasında koronavirusdan vəfat edib.

Allah rəhmət eləsin!

Qeyd edək ki, Namiq Məmmədov 2000 – 2007-ci illərdə Ağdam Rayon Məhkəməsinin, 2007 – 2013-cü illərdə Şəki Apelyasiya Məhkəməsinin, 2013-2017-ci ildən Şirvan Apelyasiya Məhkəməsinin, 2017-ci ildən indiyədək isə Bakı Apelyasiya Məhkəməsinin hakimi olub.