Azərbaycanda lüks avtomobilləri yandıran şəxs saxlanıldı - Video + Yenilənib

azerbaycanda-luks-avtomobilleri-yandiran-sexs-saxlanildi
Oxunma sayı: 15094

Göygöldə 2 lüks avtomobil yandırılıb.

“Qafqazinfo”nun məlumatına görə, bir nəfər rayon sakini “Porche” və “BMW” markalı avtomobillərə yandırıcı maddə tökərək od vurub.

Hadisə yerinə dərhal FHN və Göygöl  Rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunub. Araşdırma aparılır.

İlkin məlumata görə, yanğın qəsdən törədilib. Hələlik şəxsin maşınları yandırma səbəbi məlum deyil.

***

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məsələ ilə bağlı bildirib ki, Göygöl Rayon Polis Şöbəsinə rayonun A.Hacıyev küçəsində BMW və "Porche" markalı minik avtomobillərin yanması ilə bağlı məlumat daxil olub:

"Dərhal Rayon Polis Şöbəsinin və Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə gəlib. Yanğın qısa zamanda söndürülüb, xəsarət alan olmayıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində yanğını törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Fərid Hacıyev saxlanılıb. Araşdırmalar davam etdirilir".

Fotoda: Eşqin Qasımov

Amin Nəzərli