Azərbaycanda məmur oğlu həbs edilib- - Yenilənib

azerbaycanda-memur-oglu-hebs-edilib-
Oxunma sayı: 6015


“Qafqazinfo” xəbər verir ki, İcra Hakimiyyətindən Trend-ə bildiriblər ki, Zərdab rayon Məhkəməsi tərəfindən C.Səfərov barəsində İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi ilə inzibati qaydada 5 sutka müddətinə həbs cəzası tətbiq edilib.

Martın 27-də C. Səfərov həbs müddəti başa çatdığı üçün sərbəst buraxılıb.

***

AzVision.az-a açıqlamasında Zərdab Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Səfərov bu əməlinə görə, oğluna ciddi xəbərdarlıq etdiyini deyib: “Oğum Ceyhuna 5 sutka müddətinə həbs cəzası verilmişdi. İndi o cəzasını çəkib azadlığa çıxıb. O azadlığa çıxandan sonra içki içməməsi ilə bağlı ona xəbərdarlıq etim. İçkinin ziyanları barədə ona tövsiyyələrimi bildirdim. O daha içki içməyəcək. Hazırda oğlum öz işi ilə məşğul olur”.