Bakı Dövlət Universitetində “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” çərçivəsində təhsil alan keniyalı tələbə Briyan Çirçiv gələcəkdə Azərbaycanda doktorantura təhsili almaq istəyir.
“Qafqazinfo” xəbər verir ki, o bu barədə Təhsil TV-nin “Əcnəbilər” rubrikasının qonağı olarkən danışıb.
Belə ki, B.Çirçiv Azərbaycan haqqında ilk dəfə COP29 zamanı eşidib və daha sonra ölkəmizi təhsil üçün seçib. Briyanın sözlərinə görə, Azərbaycan insanlarının qonaqpərvərliyi onu təəccübləndirib. Bununla yanaşı, Bakı şəhərinin təmizliyi və təhlükəsizliyi onun diqqətini çəkib. Keniyalı tələbə həmçinin Azərbaycanda təhsil sisteminin daha açıq və tələbəyönümlü olduğunu qeyd edib.
Briyan Çirçiv Azərbaycan dilində ilk öyrəndiyi sözün “salam” olduğunu bildirib.
Sözügedən videomüsahibəni təqdim edirik:
Son xəbərlər
Son Xəbərlər