Azərbaycanda qəzəl müsabiqəsi başladı

azerbaycanda-qezel-musabiqesi-basladi
Oxunma sayı: 769

"Qafqazinfo"ya müsabiqənin təşkilatçılarından biri, şair Əvəz Qurbanlının verdiyi məlumata görə, müsabiqəyə təqdim olunmuş əsərlər, münsiflər heyəti tərəfindən qiymətləndirildikdən sonra qaliblərin mükafatlandırılma mərasimi olacaq. Obyektivliyin gözlənilməsi məqsədilə münsiflər heyətində təmsil olunan mütəxəssislərin adları müsabiqənin son gününə qədər açıqlanmayacaq. Mükafatlandırma mərasiminin, iyun ayının ikinci yarısında keçirilməsi nəzərdə tutulur.

Müsabiqədə yaş və mövzu məhdudiyyəti yoxdur. Əsərlərin qəbulu 16 iyun 2012-ci ilə qədər davam edəcək.

Müsabiqəyə qatılmaq istəyənlər əsərlərini [email protected] ünvanına göndərə bilərlər.

Müsabiqənin şərtləri:

1. Müsabiqəyə təqdim olunacaq əsərlər "Microsoft word" faylında, 12 ölçülü kompyuter şrifti ilə yazılaraq təqdim olunmalıdır;

2. Müsabiqədə obyektivliyin qorunmasının təmin olunması naminə, əsərlərin göndərildiyi elektron poçtlar, özlüyündə bu və ya digər müəllifin adını əks etdirməməli (məsələn: [email protected] ), ilk görünüşdən elektron poçtun adı ilə müəllifin adı arasında heç bir əlaqə sezilməməlidir (məsələn: [email protected])

2. Əsərlər indiyədək heç bir yerdə yayımlanmamış və dərc edilməmiş olmalıdır;

3. Hər bir şair müsabiqəyə yalnız 2 şeir təqdim edə bilər;

4. Əsərlərdə azərbaycan dilinin qanunlarına riayət olunmalı, yadtərkibli ifadələrdən və
birləşmələrdən maksimum az istifadə edilməlidir;

5. Plagiatlıq halları aşkarlanacağı təqdirdə, həmin əsərin sahibi müsabiqədən kənarlaşdırılacaq.

Əsərləri ilk onluğa layiq görülmüş şairlərə qiymətli hədiyyələr və fəxri diplomlar təqdim olunacaq, onlar xüsusi marşrutla Şamaxıya 1 günlük səyahətə aparılacaq, M.Ə.Sabirin məqbərəsini və Seyyid Əzim Şirvaninin məzarını ziyarət etmək imkanı qazanacaqlar.