Azərbaycanda sabaha gözlənilən hava - - Proqnoz

azerbaycanda-sabaha-gozlenilen-hava-
Oxunma sayı: 3864


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olan məlumata görə, havanın temperaturunun gecə 1-4 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 769 mm civə sütunundan 763 mm civə sütununa düşəcək, nisbi rütubət gecə 60-70, gündüz 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında yanvarın 10-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, ayrı-ayrı yerlərdə duman olacağı, lakin Lənkəran-Astara zonasında arabir yağış yağacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, gündüz əsasən dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 1-6 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 12-17, yüksək dağlıq ərazilərdə 23-28 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.