Azərbaycanda zəlzələ oldu - Yenilənib

azerbaycanda-zelzele-oldu
Oxunma sayı: 7870

Azərbaycanın cənub bölgəsində zəlzələ olub.

“Qafqazinfo” xəbər verir ki, yeraltı təkanlar Masallı, Lənkəranda hiss olunub.

***

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına görə, zəlzələ Lerik rayonunda olub.

Maqnitudası 3.6 olan zəlzələ 17 km dərinlikdə baş verib.

Zəlzələ Lerik, Lənkəran, Masallı, Yardımlı, Cəlilabad rayonlarında 3 bal gücündə hiss olunub.

***

Fövqəladə Hallar Nazirliyi zəlzələ ilə bağlı məlumat yayıb.

Bildirilib ki, Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, 04.06.2025-ci il tarixində yerli vaxtla saat 23:32-də Lerik rayonu ərazisində 17 km dərinlikdə 3.6 maqnituda zəlzələ qeydə alınıb:

“Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb”.