Azərbaycanda güclü zəlzələ oldu - Yenilənib

azerbaycanda-guclu-zelzele-oldu
Oxunma sayı: 8613

Azərbaycanda zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, yeraltı təkanlar Qəbələ, İsmayıllı, Zaqatala və başqa bir neçə rayonda hiss olunub.

***

Seysmoloji Xidmət Mərkəzinin yaydığı məlumata görə, yeraltı təkanlar  saat 15:13-də, Qəbələ stansiyasından 11 km cənub-qərbdə Qəbələ rayonunda qeydə alınıb.

5.1 maqnitudalı zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 5-3 bala qədər hiss olunub.

***

Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək nazirliyə məlumat daxil olmayıb.