Ukraynada pasiyentlərə çətənə əsaslı preparatların verilməsinə başladılar

ukraynada-pasiyentlere-cetene-esasli-preparatlarin-verilmesine-basladilar
Oxunma sayı: 527

Ukraynada ilk dəfə olaraq xəstələrə reseptlə tibbi çətənə (kannabis) əsaslı preparatlar verilib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Kyiv24” telekanalı məlumat yayıb.

Məlumata görə, dərman vasitələri dağınıq sklerozdan əziyyət çəkən bir qadına, həmçinin Ukrayna Silahlı Qüvvələrinin diaqnozları açıqlanmayan iki keçmiş hərbçisinə verilib. Preparatlar üçün reseptlər nevroloji və psixonevroloji müəssisələrin həkimləri tərəfindən yazılıb.

Qeyd edək ki, Ukraynada tibbi çətənənin leqallaşdırılması haqqında qanun 2024-cü ilin avqustunda qüvvəyə minib. Sənəd həmin ilin fevralında imzalanıb, eyni ayda ölkədə döyüş şəraitində narkotik maddələrlə müalicə üçün ilk lisenziya verilib. 2025-ci ilin iyununda isə Ukraynaya tibbi çətənə əsaslı preparatın idxalına icazə verilib.