“FAB boya” ixrac xəritəsini genişləndirir - Fotolar

fab-boya-ixrac-xeritesini-genislendirir
Oxunma sayı: 234

Azərbaycanın qabaqcıl inşaat məhsulları istehsalçılarından olan FAB Şirkətlər Qrupu 10-14 iyun tarixlərində Suriyanın paytaxtı Dəməşqdə keçirilən “BUILDEX 2026” Beynəlxalq Tikinti və İnşaat Sərgisində iştirak edir.

Yaxın Şərq regionunun ən mühüm tikinti və yenidənqurma platformalarından biri olan “BUILDEX” sərgisi FAB üçün yeni tərəfdaşlıqların qurulması, məhsulların geniş auditoriyaya təqdim olunması və Yaxın Şərq, eləcə də ərəb ölkələri üzrə ixrac imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətli platformadır.

“BUILDEX 2026”da iştirak FAB Şirkətlər Qrupunun beynəlxalq sərgilərdə davamlı iştirak strategiyasının tərkib hissəsidir və “Made in Azerbaijan” brendinin tanıdılmasına, qeyri-neft ixracının artırılmasına, yerli məhsulların qlobal bazarlara çıxışının genişləndirilməsinə töhfə verir.

FAB Şirkətlər Qrupu bundan sonra da beynəlxalq sərgilərdə fəal iştirak etməklə ixrac potensialını gücləndirməyə və Azərbaycan sənayesinin rəqabət qabiliyyətini qlobal səviyyədə nümayiş etdirməyə davam edəcək.