Azərbaycanda zəlzələ oldu - Yenilənib

azerbaycanda-zelzele-oldu
Oxunma sayı: 14986

Azərbaycan ərazisində zəlzələ qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

İlkin məlumata görə, zəlzələ yerli vaxtla 15:04-də Xəzər dənizində baş verib.

Yeraltı təkanın maqnitudası 4.5 olub.

Əlavə məlumat veriləcək.

***

Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, dərinliyi 31 km-də olan zəlzələ Xəzər dənizində (İran) qeydə alınıb.

Zəlzələ Astara, Lənkəran, Lerik və digər ətraf rayonlarda 3 baldan artıq hiss olunub.