“Azərbaycanla əməkdaşlığı dayandırmaq ABŞ-nin maraqlarına ziddir”

azerbaycanla-emekdasligi-dayandirmaq-abs-nin-maraqlarina-ziddir
Oxunma sayı: 2222

“Biz heç vaxt deməmişik ki, Azərbaycanla əməkdaşlığı davam etdirməyəcəyik. Bu, ABŞ olaraq maraqlarımıza ziddir”.

“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə bildirib.

“Hesab edirik ki, Azərbaycanla diplomatik münasibətlərimizə son qoyulması regionda sülh və təhlükəsizlik maraqlarına zidd olacaq”, - diplomat qeyd edib.

Onun sözlərinə görə, ABŞ həm Azərbaycan, həm də Ermənistanla birbaşa qarşılıqlı əlaqəni davam etdirir.