Azərbaycanlı diktor COVID-19-a yoluxub, reanimasiyadadır

azerbaycanli-diktor-covid-19-a-yoluxub-reanimasiyadadir
Oxunma sayı: 5173

Diktor Lyudmila Nəzərli COVID-19-a yoluxub, vəziyyəti ağırdır.

"Qafqazinfo" xəbər verir ki, bu barədə onun qızları sosial şəbəkədə bildirib. 

Məlumata görə, L. Nəzərli hazırda "Yeni klinika"da reanimasiyadadır. 

Qeyd edək ki, diktor Azərbaycan Radiosunda çalışıb, 2014-cü ildən indiyədək CBC telekanalında televiziya təlimçisi kimi fəaliyyətini davam etdirib. 

L. Nəzərli ötən il "Tərəqqi" medalına layiq görülüb.