Azərbaycanlı futbolçu dünyanın ən yaxşısı seçilə bilər

azerbaycanli-futbolcu-dunyanin-en-yaxsisi-secile-biler
Oxunma sayı: 2702

Dünya Çimərlik Futbolu Təşkilatı (Beach Soccer Worldwide) bu sahə üzrə 2023-cü ilin ən yaxşıları adına namizədləri açıqlayıb. “Qafqazinfo” xəbər verir ki, qurum ilkin siyahını təqdim edib.

“100-lük”də çimərlik futbolu üzrə Azərbaycan millisinin hücumçusu Sabir Allahquliyev də qərarlaşıb. Yanvarın 11-dək davam edəcək səsvermənin yekununda finalçılar müəyyənləşəcək.

Səsverməyə millilərin baş məşqçiləri və kapitanları, eyni zamanda böyük turnirlərdə çıxış etmiş klubların baş məşqçiləri və kapitanları qatılacaq.