Azərbaycanlı həkim Türkiyədə vəfat etdi

azerbaycanli-hekim-turkiyede-vefat-etdi
Oxunma sayı: 6849

Azərbaycanlı həkim Türkiyədə vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Psixiatriya Dərnəyi açıqlama yayıb. 

Bildirilib ki, həkim-mütəxəssis Fərqanə Abbasova dünyasını dəyişib. Onun ölüm səbəbi barədə məlumat verilməyib.

O, 2016-cı ildə Azərbaycan Tibb Universitetindən məzun olub. 2021-ci ildə İstanbul Universiteti - Cərrahpaşa Tibb Fakültəsi Psixi sağlamlıq və xəstəliklər ixtisasından məzun olub. Türkiyədə bir sıra xəstəxanalarda fəaliyyət göstərib.