Azərbaycanlı MMA döyüşçüsü ermənini məğlub etdi - Video

azerbaycanli-mma-doyuscusu-ermenini-meglub-etdi
Oxunma sayı: 3501

MMA döyüşçüsü Elnar İbrahimov NFC fight-da (Naiza Fighting Championship) qələbə qazanıb.

“Qafqazinfo” xəbər verir ki, o, 61 kq-da erməni idmançı Varşam Qevorqyanı üstələyib.

Qazaxıstanda keçirilən görüşdə İbrahimov bütün raundları üstün bitirərək təmiz qalibiyyət əldə edib.

Elnar İbrahimov qələbəsini şəhidlərə və qazilərə həsr etdiyini bildirib: “Mən bu qələbəni İkinci Qarabağ müharibəsində canından, qanından keçən şəhidlərimizə və qazilərə həsr edirəm. Yaşasın Azərbaycan, Qarabağ Azərbaycandır!”