Azərbaycanlı müğənninin evindən 4,2 milyon oğurlandı

azerbaycanli-mugenninin-evinden-42-milyon-ogurlandi
Oxunma sayı: 10056

Moskvada yaşayan azərbaycanlı müğənni Bahh Tee (əsl adı Bəxtiyar Əliyevdir) oğruların hücumuna məruz qalıb.

“Qafqazinfo” Virtualaz.org-a istinadən xəbər verir ki, 8-9 mart tarixlərindən birində müğənninin yaşadığı mənzil qarət olunub.

Onun Moskvanın Veyernaya küçəsində yerləşən mənzilindən 4 milyon 200 min rubl (təxminən 108 min manat) aparılıb.

Məlumata görə, Bahh Tee həmin mənzildə kirayədə qalır.

Fakt üzrə cinayət işi açılıb, araşdırma aparılır.