Azərbaycanlı və ermənilərdən ibarət dəstə yaxalandı- - Biznesmeni soyarkən

azerbaycanli-ve-ermenilerden-ibaret-deste-yaxalandi-
Oxunma sayı: 1713


“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Moskva Cinayət-Axtarış şöbəsinin əməkdaşları uzun müddətdir ki, izinə düşdükləri dəstəni elə növbəti “ov” zamanı yaxalayıblar. Kriminal dəstənin tərkibində çalışan şəxslərdən biri polisi məlumatlandırdıqdan sonra polis potensial qurbanla görüşüb və ayaqqabı satışı ilə məşğul olan biznesmenə onlara yardım etməsini təklif edib. 

Fevralın 18-i “Lexus”unda 9 milyon 800 min rublla yola düşən biznesminin qarşısını “Qazel” markalı avtomobil kəsərək onun hərəkətinə mane olub. Daha sonra üç nəfər onun maşınına yaxınlaşaraq avtomobilin şüşəsini qırıb və pulu götürməyə cəhd edib. Bu zaman polislər dərhal müdaxilə ediblər. Polislə cinayətkar dəstə arasında gedən silahlı atışmada dəstənin üzvlərindən biri odlu silahdan açılan atəşdən yaralanıb və xəstəxanaya yerləşdirilib.