Azerconnect şirkəti Azərbaycanın ən yaxşı işəgötürəni seçilib

azerconnect-sirketi-azerbaycanin-en-yaxsi-isegotureni-secilib
Oxunma sayı: 3837

Azerconnect şirkəti nüfuzlu “Top Employer Institute” (Ən Yaxşı İşəgötürənlər İnstitutu) tərəfindən 2023-cü il üzrə Azərbaycanda “Ən Yaxşı İşəgötürən” şirkət sertifikatına layiq görülüb.

Şirkət “Top Employer İnstitute” tərəfindən insan resursları sahəsində biznes və insan strategiyası, iş mühiti, istedadların cəlb edilməsi, öyrənmə, müxtəliflik, bərabərlik və inklüzivlik, rifah və sair daxil olmaqla 20 mövzudan ibarət 6 istiqamət üzrə qiymətləndirilib və mükafata layiq görülüb.

“İnsan kapitalının idarə edilməsi üzrə ən son yeniliklərin tətbiqi sayəsində öz biznes fəaliyyətimizdə xeyli uğurlara nail olmuş və ölkəmizdə bir sıra yeniliklərə imza atmışıq. Şirkətimizin daha yaxşı iş yerinə çevrilməsi istiqamətində göstərdiyimiz səylərin “Top Employer Institute” tərəfindən də qiymətləndirilməsi və nüfuzlu mükafata layiq görülməyimizdən məmnunam”, - deyə Azerconnect şirkətinin Baş Direktoru Emil Məsimov qeyd edib.

“Azerconnect şirkəti olaraq İnsan Resursları sahəsində yüksək standartların tətbiqi, əməkdaşlarımıza layiqli iş şəraitinin təmin edilməsi istiqamətində ən yaxşı təcrübələri icra edirik. Bunun üçün biz çevik iş şəraiti, peşəkar inkişaf, karyera imkanları, inklüziv iş mühiti, liderlik və digər proqramlar ilə əməkdaşlarımızın davamlı inkişafına töhfə vermək istiqamətində çalışırıq. “Top Employer Institute” tərəfindən Azərbaycanda ən yaxşı işəgötürən şirkət olaraq seçildiyimiz üçün qürur hissi keçiririk. Bu sertifikat Azerconnect olaraq fəaliyyətimizin ən yaxşı beynəlxalq təcrübələrə əsaslandığının göstəricisidir”, -  deyə Azerconnect şirkətinin İnsan Resursları üzrə Baş Müdiri Mətanət Babayeva bildirib.

“Müstəsna zamanlar insanlarda və təşkilatlarda ən yaxşıları ortaya çıxarır. Biz bu il Ən Yaxşı İşəgötürənlərin Sertifikatlaşdırma proqramımızda bunun şahidi olduq. İnsan Resursları sahəsində mükəmməl strategiyası, siyasəti və təcrübələri ilə Azerconnect şirkəti işçilər üçün daha yaxşı iş yerinin yaradılmasına sadiq olduğunu, eləcə də əməkdaşların inkişafı və rifahının şirkət üçün prioritet olduğunu nümayiş etdirir. Bununla onlar kollektiv şəkildə iş dünyasını zənginləşdirirlər. Biz bu ilki aparıcı insan yönümlü işəgötürən şirkətlərin qrupunu elan etməkdən qürur hissi duyuruq”, - deyə “Top Employer Institute”nin Baş Direktoru David Plink qeyd edib.

“Top Employer Institute” tərəfindən 2023-cü il üzrə Azərbaycanda bu nüfuzlu mükafata sahib olmaq Azerconnect şirkətinin iş dünyasına daha yaxşı bağlılığını, eləcə də  şirkətdə insan resurları siyasətlərinin və təcrübələrinin mükəmməliyini sübut edir.

Azerconnect NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.