“AzərEnerji” və Dünya Bankının nümayəndələri görüşdü - Foto

azerenerji-ve-dunya-bankinin-numayendeleri-gorusdu
Oxunma sayı: 357

“AzərEnerji” ASC-nin sədri Baba Rzayevlə Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə direktoru Çarlız Korniyerinin rəhbərlik etdiyi nümayəndə heyətlərinin görüşü olub.

“Qafqazinfo” xəbər verir ki, görüşdə AZURE layihəsinin icra statusu, növbəti addımlar və işin daha da sürətləndirilməsinin vacibliyi barədə müzakirələr aparılıb.

Azərbaycanda həyata keçirilən irihəcmli bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyası və əməkdaşlığın perspektivləri barədə geniş fikir mübadiləsi edilib.