“Azeronline”a “İndi qoşul, gələn il ödə!” - Kampaniya uğurla davam edir!

azeronlinea-indi-qosul-gelen-il-ode
Oxunma sayı: 1388

Sürətlə dəyişən və inkişaf edən dünyada günün nəbzini tutmaq üçün yeni-yeni cihazlar, avadanlıqlar, alətlər əldə etmək məcburiyyətində qalırıq. İnternet isə çoxdan həyatımızın ayrılmaz hissəsinə çevrilib. İş və sosial həyatımızda, təhsil və əyləncəmizdə internet əvəzolunmaz vasitədir. Keyfiyyətli internet isə həm cihazımızın imkanlarından tam həcmdə faydalanmağa, həm də onlayn fəaliyyətimizi dəfələrlə artırmağa imkan verir. Bəs 2024-cü ilin astanasında yeni və ağıllı cihazlarımızda müasir və yüksəksürətli fiber-optik internet xidmətini sınamaq zamanı deyilmi? İndi bu daha əlçatandır!

Ölkəmizin ilk internet provayder şirkətlərindən biri olan “Azeronline” hər bayram ərəfəsində olduğu kimi, indi də yeni ilin gəlişi münasibətilə güzəştli kampaniyalarla abonentləri sevindirir. Bu dəfə “İndi qoşul, gələn il ödə!” kampaniyası çərçivəsində Bakı, Abşeron, Xırdalan, Ağstafa, Beyləqan, Salyan, Ağcabədi, Qazax, Gədəbəy, Göygöl, Hacıqabul, Neftçala, Tərtər, Gəncə, Sumqayıt şəhərlərinin sakinləri vaxt itirmədən və heç bir ödəniş etmədən GPON (Gigabit tutumlu Passiv Optik Şəbəkə) üzərindən təmin olunan fiber-optik internet xidmətinə qoşulmaq imkanı əldə edir. Belə ki, kampaniya çərçivəsində yeni qoşulan abonentlərə “Wi-Fi” modem istifadə müddətinə pulsuz təqdim edilir, xidmətdən istifadənin ilk ayı isə tamamilə ödənişsizdir. Aylıq xidmət haqqı ödənişi isə yalnız 2024-cü ildən qüvvəyə minir. Bayram ərəfəsində bu möhtəşəm fürsətlərdən yararlanaraq mükəmməl internet xidməti əldə etmək bütün ailə üzvləri üçün faydalı hədiyyədir. Kampaniya 31 dekabr tarixinədək davam edir. Kampaniyadan yararlanmaq istəyən hər kəsin ONLAYN QEYDİYYAT formasını doldurması kifayətdir.

“Azeronline”ın təklif etdiyi etibarlı internet bağlantısı xüsusi üstünlükləri ilə digərlərindən fərqlənir. Bunlar sürətli quraşdırma, kəsintisiz internet təminatı və etibarlı bağlantıdan ibarətdir. Aylıq abunə haqqı müştərinin seçdiyi tarif paketindən asılı olaraq 18 AZN-dən başlayır.

Qeyd edək ki, GPON texnologiyası ilə fiber-optik internetə qoşulmaq və digər xidmətlərə dair daha ətraflı məlumat əldə etmək üçün 8220 və ya şəhər nömrələrindən 450 2020 nömrəsinə zəng etmək və ya azeronline.com səhifəsinə daxil olmaq kifayətdir. Həmçinin sürətli və kəsintisiz internetə qoşulmaq istəyən hər kəs ONLAYN QEYDİYYAT səhifəsində qeydiyyatdan keçməklə qısa zamanda optik internet istifadəçisinə çevrilə bilər.

Şirkət haqqında

“Azeronline LTD” BM ölkənin yüksəksürətli internet və genişzolaqlı xidmətlərlə təmin edilməsi istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Onlayn Azərbaycan” layihəsinə öz töhfəsini verməkdə davam edir.

“Azeronline LTD” BM 1999-cu il 29 dekabr tarixində “Azercell Telekom” BM tərəfindən təsis edilib. 140 000-dən çox müştəri bazasına malik olan şirkətin müştəriləri arasında iri şirkətlər, banklar, eləcə də dövlət qurumları yer almaqdadır.