Azyaşlını döyən tərbiyəçi işdən çıxarıldı - Təhsil Nazirliyi

azyaslini-doyen-terbiyeci-isden-cixarildi
Oxunma sayı: 4639

Təhsil Nazirliyi ötən gün sosial mediada və xəbər saytlarında İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasında uşağa qarşı şiddət göstərilməsini əks etdirən görüntülərlə bağlı açıqlama yayıb.

Nazirlikdən “Qafqazinfo”ya daxil olan məlumatda qeyd olunur ki, uşağa qarşı şiddət göstərən İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçisi Baxışova Zülfiyyə Ədalət qızı ilə bağlanmış əmək müqaviləsi vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyinə, “Müəllimlərin etik davranış Qaydaları”nın tələblərini pozduğuna və azyaşlı ilə kobud rəftar etdiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 14 yanvar 2022-ci il tarixindən ləğv edilib.

Təhsil Nazirliyi uşaqlara qarşı zorakılıq hallarının baş verməsini qətiyyətlə pisləyir və bunun yolverilməz olduğunu vurğulayır.

Həmçinin oxuyun: Uşağı döyən tərbiyəçi qohumu olduğu üçün ailə şikayətçi olmadı

Onlar könüllü üzr istəyir ya polis məcbur edir?