BAAU-da Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirildi

baau-da-heyder-eliyevin-anim-gunu-ile-bagli-tedbir-kecirildi
Oxunma sayı: 1289

BAAU-da müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, BAAU-nun elmi işlər üzrə prorektoru, professor Gülzar İbrahimova ulu öndərin respublikamıza rəhbərlik etdiyi dövrləri quruculuq və tərəqqi, davamlı sülh və dinamik inkişaf mərhələləri kimi qeyd edib.

Tədbirdə natiqlər dahi şəxsiyyət və görkəmli dövlət xadiminin Azərbaycana həm sovet dönəmində, həm də dövlət müstəqilliyimizin bərpa olduğu dövrdə rəhbərliyi ilə bağlı inkişaf strategiyasından danışıblar.

Anım tədbirində Heydər Əliyevin siyasi ideologiyasının davamçısı, Ali Baş Komandan İlham Əliyevin 30 illik işğala son qoymasından, Xankəndində tarixi hərbi paradın keçirilməsi və möhtəşəm qələbələrdən danışılıb.

Tədbirin sonunda universitetin rəhbərliyi və professor-müəllim heyəti ulu öndərə dərin ehtiramlarını bildiriblər.