Babək Ələkbərov və Zaur Zeynalova general rütbələri təqdim edildi - Fotolar+Video

babek-elekberov-ve-zaur-zeynalova-general-rutbeleri-teqdim-edildi
Oxunma sayı: 21644

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin polkovnikləri Babək Ələkbərov və Zaur Zeynalova “general-mayor” ali hərbi rütbəsi verilib.

“Qafqazinfo”nun məluamtına görə, Xidmət rəisi general-polkovnik Elçin Quliyev B.Ələkbərov və Z.Zeynalovla görüşüb, rütbələrini təqdim edib.

Qeyd edək ki, avqustun 18-i Sərhəd mühafizəsi orqanlarının yaranması günüdür.

Prezident İlham Əliyevin sərəncamı ilə Xidmətin bir qrup hərbçisi təltif edilib. General rütbəsi verilənlər-Babək Ələkbərov Vətən Müharibəsi qəhrəmanıdır. O, DSX-nin Çevik Hərəkət Qüvvələrinin komandanıdır. Birinci Qarabağ müharibəsi, həmçinin Vətən Müharibəsi iştirakçısı Zaur Zeynalov isə DSX-də Baş İdarə rəisidir.

Sail Ağasəlim

Fotoda: General Babək Ələkbərov

Fotoda: General Zaur Zeynalov