Rusiya və İran xarici işlər nazirləri Sergey Lavrov və Seyid Abbas Əraqçi arasında baş tutan telefon danışığında Yaxın Şərqdə davam edən hərbi-siyasi böhranın həlli yolları müzakirə edilib.
“Qafqazinfo” xəbər verir ki, Rusiya Xarici İşlər Nazirli məlumat yayıb.
Bildirilib ki, tərəflər regionda baş verən münaqişə, bir sıra ölkələrin gərginliyin azaldılması istiqamətində atdığı addımlar və BMT Təhlükəsizlik Şurasında Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin olunması ilə bağlı aparılan müzakirələr ətrafında fikir mübadiləsi aparıblar.
Danışıqlar zamanı ABŞ və İsrailin İrana qarşı hərbi hərəkətlərinin, o cümlədən infrastruktur obyektlərinə endirilən zərbələrin nəticələrinin aradan qaldırılması məsələlərinə də toxunulub.
Qeyd edək ki, nazirlər həmçinin humanitar vəziyyəti və mülki əhalinin təhlükəsizliyi üçün görülməli olan tədbirləri nəzərdən keçiriblər.
Son xəbərlər
Son Xəbərlər