Babək prospektində körpü dondu, 4 maşın toqquşdu - Video

babek-prospektinde-korpu-dondu-4-masin-toqqusdu
Oxunma sayı: 2522

Bu gün səhər saatlarında paytaxtın Babək prospektində zəncirvari yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, Babək və Qara Qarayev prospektlərinin kəsişməsindəki körpünün donması səbəbindən 4 avtomobil toqquşub. Nəticədə nəqliyyat vasitələrinə ciddi ziyan dəyib, digər avtomobillərin hərəkəti çətinləşib.

Zərbənin təsirindən qəzaya uğrayan maşınlardan biri körpünün ortasındakı bardürün üzərinə çıxıb.

Hadisə yerindən görüntüləri təqdim edirik: